ABŞ
Pentaqon hərbi podratçılara 21 gün vaxt verdi - İranla münaqişə səbəbindən...
Pentaqon hərbi şirkətlərdən silah və döyüş sursatlarının istehsalını və Amerika qoşunlarına tədarükünü sürətləndirməyi tələb edib.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
"Pentaqon Amerika müdafiə sənayesindən silah istehsalını və tədarükünü sürətlə artırmağı xahiş edir; İranla münaqişə səbəbindən silahlarda kəskin çatışmazlıq yaranıb", – deyə nəşr bildirib.
Mənbənin məlumatına görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükü templərini artırmaqla bağlı plan təqdim etmək üçün 21 gün vaxt verib.
"The New York Times" qəzetinin yazdığına görə, ABŞ-ın İrandakı əməliyyatı Amerikanın silah ehtiyatlarını tükədib və hazırda ABŞ-da 1,7 mindən az "Patriot" önləyici zenit raketləri qalıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə döyüş sursatı çatışmazlığı ilə bağlı şayiələri təkzib edib və bu informasiya sızmasının mənbəyi olan şəxsləri cəzalandıracağına söz verib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)















