ABŞ
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
ABŞ Prezidenti Donald Tramp özəl söhbətlərində nüvə sazişi bağlanmadan İranla münaqişənin başa çatdırılmasını istisna etməyib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazır.
Adı açıqlanmayan amerikalı rəsmilərdən birinin sözlərinə görə, ABŞ İslam Respublikasına münasibətdə bütün hərbi məqsədlərinə çatıb, prezident isə hazırda diqqətini Hörmüz boğazından gəmiçiliyin təmin edilməsinə yönəldib. Bununla belə, siyasətçi İran gəmilərə hücumları davam etdirəcəyi təqdirdə hərbi gücdən istifadə olunması ehtimalını istisna etmir.
"Bir neçə həftə ərzində... Tramp Tehranın Hörmüz boğazını tam açacağı təqdirdə İranla müharibədə qələbəni elan etmək üçün zəmin hazırlayırdı", – deyə mənbə bildirib.
Qəzetin əldə etdiyi məlumata görə, siyasətçi özəl söhbətlərində məsləhətçilərinə hakimiyyətdə olduğu müddətdə İslam Respublikasının nüvə sahəsindəki fəaliyyətini bərpa edə biləcəyinin inandırıcı görünmədiyini bildirib.
Avqustun 8-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens son bir neçə gündə İranla danışıqlarda "müəyyən tərəqqi" əldə etməyin mümkün olduğunu bildirib. Amerikalı siyasətçinin bəyan etdiyinə görə, İslam Respublikası münaqişəni başa çatdırmağa çalışır. Lakin o qeyd edib ki, Tehranın "Vaşinqtonu qane etmək üçün lazım olanı təmin etməyə" qadir olub-olmaması sualı açıq qalır. Ertəsi gün İran XİN rəhbəri Abbas Əraqçi ABŞ ilə hazırda danışıqların aparılmadığını deyib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ























.jpg)















