ABŞ
Trampdan KRİTİK AÇIQLAMA - “Vaşinqton artıq səs-küy salmadan hərəkət edir”
Tehranın ciddi iqtisadi problemləri səbəbindən ABŞ İranla danışıqları "yarım güclə" aparır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Axios" nəşrinə bildirib.
"Biz sadəcə yüksək inflyasiyanın hökm sürdüyü və demək olar ki, pulun olmadığı İranı müşahidə edirik", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, Vaşinqton artıq səs-küy salmadan hərəkət edir, ABŞ-ın hərbi-dəniz blokadası isə iqtisadi böhranı daha da ağırlaşdırıb.
Tramp, həmçinin İranla danışıqları şahmat partiyası kimi qiymətləndirib.
Avqustun 8-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens son bir neçə gündə İranla danışıqlarda "müəyyən tərəqqi" əldə olunduğunu bildirib. Amerikalı siyasətçinin sözlərinə görə, İslam Respublikası münaqişəni başa çatdırmağa çalışır. Lakin o qeyd edib ki, Tehranın "Vaşinqtonu qane etmək üçün lazım olanı təmin etməyə" qadir olub-olmaması məsələsi açıq qalır. Ertəsi gün İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı hazırda ABŞ ilə danışıqların aparılmadığını bildirib.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ























.jpg)















