ABŞ
ABŞ-da miqrant əməliyyatlarında yeni qayda: Bütün əməkdaşlara...
ABŞ-da miqrantlara qarşı əməliyyatlar zamanı yeni qaydalar tətbiq ediləcək. Ölkənin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməliyyatlarda iştirak edən bütün əməkdaşlarını sinə kameraları ilə təmin etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, ICE avqustun sonunadək birbaşa sahə əməliyyatlarında çalışan bütün əməkdaşlara sinə kamerası verməyi planlaşdırır. Kameralar miqrantların saxlanılması və miqrasiya qanunvericiliyinin icrası ilə bağlı digər tədbirlər zamanı əməkdaşların fəaliyyətini qeydə alacaq.
Qərar ABŞ-da miqrasiya əməliyyatlarının genişləndirildiyi bir vaxtda qəbul edilib. Hakimiyyət hesab edir ki, kameralar xidmət əməkdaşlarının fəaliyyəti ilə bağlı daha ətraflı vizual sənədlərin toplanmasına imkan verəcək.
Bununla belə, çəkilən görüntülərin nə qədərinin ictimaiyyətə açıqlanacağı hələlik məlum deyil.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
















.jpg)




.jpg)














