ABŞ
ABŞ senatorundan Trampa sərt ittiham: İranla müharibəni uduzub
ABŞ-ın Demokrat senatoru Kris Mörfi prezident Donald Trampın İranla müharibəni uduzduğunu və Hörmüz boğazının yenidən açılmasının getdikcə daha baha başa gəldiyini bildirib.
Publika.az xəbər verir ki, Mörfi "NBC News" telekanalında çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə ilə bağlı Tramp administrasiyasını tənqid edib.
Senator iddia edib ki, İranla mümkün razılaşma çərçivəsində Hörmüz boğazının açılması müqabilində Tehrana ildə 100 milyard dollar ödənilməsi gündəmə gələ bilər.
“Donald Tramp bu müharibəni uduzub. Amerika daha zəif, İran isə daha güclü vəziyyətdədir. Boğazın yenidən açılmasının qiyməti hər keçən gün artır”, - deyə Mörfi bildirib.
O, belə bir ödənişin İran üçün “qələbə” anlamına gələcəyini və Tehranın əldə etdiyi vəsaitdən ordusunu və regiondakı müttəfiq qüvvələrini dəstəkləmək üçün istifadə edə biləcəyini iddia edib.
Senator İrana qarşı hücumların dayandırılmasının vacib olduğunu vurğulayıb. O, ABŞ-ın hazırkı prosesdə zəiflədiyini bildirib.
Mörfi qeyd edib ki, müharibənin başa çatdırılması və Hörmüz boğazının açılması üçün pis hesab etdiyi bir razılaşmanı belə dəstəkləməyə hazırdır, çünki hazırda bunun yeganə mümkün variant olduğunu düşünür.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
















.jpg)




.jpg)














