ABŞ
Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
İyulun əvvəlində ABŞ Prezidenti Donald Tramp İrandan gələn mümkün sui-qəsd təhdidinə görə Türkiyədən gizli şəkildə çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə iyulun 8-də NATO sammitindən sonra baş verib. Jurnalistlərin gözü qarşısında Trampın “Air Force One” prezident təyyarəsinə mindiyi nümayiş etdirilib. Lakin bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə aparılıb.
C-32A adətən uçuşdan əvvəl ərzaq və digər zəruri ləvazimatların daşınması üçün istifadə olunur.
ABŞ rəsmisinin sözlərinə görə, bu addımdan sonra “Air Force One” İran üçün bir növ “yem” rolunu oynayıb. Bu əməliyyatdan Prezidentlə səfər edən jurnalistlərin, hətta bəzi Ağ Ev əməkdaşlarının da xəbəri olmayıb.
Mənbə bildirib ki, son 30 il ərzində ABŞ-da təyyarələrin bu cür dəyişdirilməsi ilə bağlı başqa hallar da baş verib.
“The Washington Post” yazır ki, ABŞ hökumətində İranın Tramp da daxil olmaqla, amerikalı siyasətçilərə qarşı terror planları hazırlaya biləcəyi ilə bağlı narahatlıqlar uzun illərdir mövcuddur. Yaxın Şərqdəki münaqişə və İranın bir sıra hərbi və siyasi liderlərinin öldürülməsindən sonra bu narahatlıqlar daha da artıb.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
















.jpg)




.jpg)














