ABŞ
Tramp özünü İranın “bankiri” elan etdi: Güclü zərbə vura bilərik
ABŞ prezidenti Donald Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu və ölkəyə qarşı tətbiq edilən təzyiqlərin nəticə verdiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp "Real America’s Voice" radiostansiyasına müsahibəsində İranda inflyasiyanın 300 faizə çatdığını, milli valyutanın isə demək olar ki, dəyərsiz olduğunu deyib.
ABŞ lideri İranın borc ala bilmədiyini və Vaşinqtonun Tehranın böyük məbləğdə maliyyə vəsaitlərinə nəzarət etdiyini bildirib. Özünü “İranın bankiri” adlandıran Tramp "onların pulu çox idi, amma biz hamısına tam nəzarət edirik, mən onların bankiriyəm", - deyə qeyd edib.
Tramp həmçinin İrana “güclü zərbə” endirilə biləcəyini də istisna etməyib. O, ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini, Tehran hakimiyyətinin isə “müflis” vəziyyətdə olduğunu və pulunun qalmadığını vurğulayıb.
ABŞ prezidenti iqtisadi böhranın İran ordusuna da təsir etdiyini, hərbçilərin maaş ala bilmədiyi üçün ölkəni tərk etdiyini iddia edib.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
















.jpg)




.jpg)














