ABŞ
ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
ABŞ prezidenti Donald Tramp ona qarşı ictimaiyyətə açıqlanmayan çoxsaylı təhdidlərin olduğunu bildirib.
Publika.az xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən iyulun əvvəlində Türkiyədən gizli şəkildə başqa təyyarə ilə ayrıldığını təsdiqləyib.
Onun sözlərinə görə, bu qərarı ABŞ Məxfi Xidməti tövsiyə edib və prezidentin olduğu təyyarənin hədəfə çevrilə biləcəyi ehtimalı nəzərə alınıb.
Tramp təhlükənin konkret detalları barədə danışmayıb. Lakin o, riskin real olduğuna inandığını bildirib.
Daha əvvəl “The Washington Post” yazmışdı ki, NATO-nun Ankaradakı sammitindən sonra Tramp C-32A hərbi təyyarəsinə keçirilib. Məlumata görə, bu, İran tərəfindən mümkün təhlükə ilə bağlı həyata keçirilən gizli təhlükəsizlik əməliyyatının bir hissəsi olub.
Əməliyyat zamanı ictimaiyyətə Trampın əsas təyyarəsində olduğu görüntüsü yaradılıb. Məqsəd prezidentin real marşrutunu və yerini gizlətmək olub.
Tramp bildirib ki, təhlükənin bütün detallarını araşdırmayıb, lakin təhlükəsizlik xidmətlərinin qərarını əsaslı hesab edir.
Müəllif: Adəm
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
















.jpg)




.jpg)














