ABŞ
ABŞ-ın nəhəng raket qalxanı: İkinci "soyuq müharibə" başlayır
ABŞ-ın “Qızıl Günbəz” raketdən müdafiə proqramı yeni silahlanma yarışının başlanğıcı kimi qiymətləndirilib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mühəndislik Akademiyasının akademiki, pilotsuz aviasiya təlim mərkəzinin təsisçisi Maksim Kondratyev “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihə Şimali Amerika qitəsini ballistik raketlər, digər raketlər və pilotsuz uçuş aparatlarından qorumaq üçün çoxsəviyyəli müdafiə sistemi yaratmağı nəzərdə tutur.
Kondratyev bildirib ki, sistem kosmosda, quruda, havada və dənizdə yerləşən çoxsaylı aşkarlama vasitələrini, həmçinin klassik raket əleyhinə sistemlərdən tutmuş kosmik lazerlərə qədər müxtəlif məhvetmə texnologiyalarını birləşdirəcək.
Akademik bu layihəni “soyuq müharibənin ikinci mərhələsi” adlandırıb və nüvə silahları ilə yanaşı, onlara qarşı müdafiə sistemlərinin də inkişaf etdiyini vurğulayıb.
Bununla belə, ekspert layihənin həyata keçirilməsi üçün böyük maliyyə və texnoloji imkanlar tələb olunduğunu, ABŞ-ın bəzi zəruri texnologiyalara hələ sahib olmadığını qeyd edib.
Qeyd edək ki, Pentaqon “Qızıl Günbəz” proqramı çərçivəsində ilk sınaqları bu ilin sonunadək başa çatdırmağı planlaşdırır. Bəzi kosmik sınaqların isə 2027 və 2028-ci illərdə keçirilməsi nəzərdə tutulur.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











