ABŞ
Levitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır - Tramp səbəbini açıqladı
Ağ Evin mətbuat katibi Kerolayn Levitt şəxsi səbəblərdən bu ilin avqust ayının sonunda vəzifəsindən ayrılacaq.
Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.
Tramp bildirib ki, Levitt ailəsi və azyaşlı övladları ilə daha çox vaxt keçirmək məqsədilə belə qərar qəbul edib. O, bu qərara hörmətlə yanaşdığını vurğulayıb.
Amerika liderinin sözlərinə görə, Levitt bundan sonra onun xarici siyasət məsələləri üzrə müşaviri kimi fəaliyyət göstərəcək, həmçinin aralıq seçkiləri öncəsi Respublikaçılar Partiyasının fəaliyyətində iştirak edəcək.
Tramp Levittin 2018-ci ildən etibarən ədalət, azadlıq və sərbəstlik uğrunda mübarizə apardığını, 2024-cü ildəki prezident seçkiləri kampaniyasında da mühüm rol oynadığını qeyd edib. O, Levittin Ağ Evin tarixində ən uğurlu mətbuat katiblərindən biri olduğunu bildirərək fəaliyyətinə görə təşəkkürünü çatdırıb.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











