ABŞ
Bir gündə üç edam... - 16 ildən sonra ilk dəfə
ABŞ-ın Tennessi, Alabama və Oklahoma ştatlarında avqustun 13-də üç məhbusun barəsində çıxarılmış ölüm hökmünün icrası nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) yazıb.
Bildirilir ki, hər üç məhbusun ölüm hökmünün ölümcül inyeksiya vasitəsilə həyata keçirilməsi gözlənilir. Tennessi ştatında 1985-ci ildə xidmətçi qadını öldürməkdə təqsirli bilinən Entoni Darrell Haynsın edamı planlaşdırılıb. Alabamada isə beş yaşlı qızın zorlanması və öldürülməsinə görə məhkum edilən Ceremi Uilyamsın ölüm hökmünün icrası gözlənilir. Oklahoma ştatında 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriqesin barəsində çıxarılmış ölüm hökmünün yerinə yetirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-da eyni gün ərzində üç edamın planlaşdırılması təxminən 16 ildən sonra ilk dəfədir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











