ABŞ
Trampın Türkiyədən gizli çıxarılmasının detalları: Təyyarədə görün kimlər olub
Xəbər vcrdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfəri zamanı təhlükəsizlik səbəbindən gizli şəkildə təyyarə dəyişdirib.
Publika.az xəbər verir ki, CNN-in məlumatına görə, Tramp köhnə “Air Force One” təyyarəsindən daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib. Buna səbəb prezidentin olduğu təyyarəyə qarşı daşınan zenit-raket kompleksindən istifadə ehtimalı ilə bağlı ciddi təhlükənin yaranması olub.
Trampın təyyarəsində kimlərin olduğu və prezidentin hansı şəxslərlə birlikdə gizli şəkildə digər təyyarəyə keçirildiyi məlum olub.
Trampla birlikdə bir neçə yaxın köməkçisi, o cümlədən Ağ Evin icraçı köməkçisi Natali Harp, aparat rəhbərinin müavini Den Skavino, Oval kabinetin əməliyyatlar üzrə direktoru Uolt Nauta və müdafiə naziri Pit Heqset C-32A-ya keçib.
ABŞ dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və aparat rəhbərinin müavini Stiven Miller isə “Air Force One”da qalıblar. Məlumata görə, təyyarədəki sərnişinlərin əksəriyyəti Trampın artıq həmin təyyarədə olmadığını bilməyib.
Tramp necə gizli şəkildə təyyarə dəyişib?
Məlumata görə, NATO sammitinin son günündə ABŞ hərbçiləri və Məxfi Xidmət prezidentin Türkiyədən mümkün qədər gizli şəkildə çıxarılması üçün xüsusi plan hazırlayıb.
Plan çərçivəsində katerinq yük maşınından istifadə olunub. Tramp “Air Force One”a mindikdən sonra yük maşını təyyarədən uzaqlaşdırılıb və daha sonra C-32A-nın yanına gətirilib. Prezident və onunla birlikdə olan şəxslər gizli şəkildə digər təyyarəyə keçirilib.
Prezidentin olmadığı “Air Force One” yerli vaxtla təxminən 20:44-də havaya qalxıb. Təxminən bir dəqiqə sonra isə Trampın olduğu C-32A havaya qalxıb.
Böyük Britaniyadakı hərbi bazaya endikdən sonra Heqset, Nauta və Harp yenidən Trampla birlikdə görüntülənib. Daha sonra prezident Qətərin hədiyyə etdiyi yeni təyyarə ilə Vaşinqtona qayıtmaq üçün yola düşüb.
Donald Tramp özü də təyyarəsinin dəyişdirildiyini təsdiqləyib. O bildirib ki, qərarı təhlükəsizlik xidmətlərinin və hərbçilərin tövsiyəsi əsasında qəbul edib: “Mən sadəcə onların istədiyini edirəm. Məxfi Xidmətə və hərbçilərə müraciət edirəm. Onlar başqa təyyarə ilə uçmağımı istəyirdilər və həmin təyyarədə də eyni səviyyədə təhlükəsizlik təmin olunurdu”.
Prezident təhlükənin bütün detalları barədə məlumatlandırılmadığını bildirib və mümkün raket hücumundan narahat olmadığını vurğulayıb.
CNN-in mənbəsinə görə, təhlükə ciddi qiymətləndirilib. Xüsusilə İranın Trampın Türkiyədəki hərəkət marşrutu və səfər planı barədə məlumat əldə edə bilməsi ilə bağlı narahatlıq olub.
Akqabay
-
Dünya09:27Türkiyə Lavrovun cavabını verdi: Mövqeyimiz dəyişməyib
-
Hadisə08:48Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto






































