ABŞ
ABŞ İraqdan çıxır: Son tarix açıqlandı
ABŞ Silahlı Qüvvələri İraqdakı hərbi missiyasını başa çatdıraraq təhlükəsizliyə görə məsuliyyəti yerli hakimiyyətə təhvil verəcək.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ qoşunlarının İraqdan tam çıxışı 30 sentyabr 2026-cı ilədək başa çatdırılacaq. Ötən il Amerika hərbçiləri İraqın əksər bölgələrindəki bazaları tərk etsələr də, ölkənin yarımmuxtar kürd regionunda mövcudluğunu saxlayıblar.
Bildirilir ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra bölgədəki hərbi bazalara mütəmadi hücumlar təşkil olunub.
İraqın baş naziri Əli əl-Zaidinin ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperlə görüşündən sonra ölkə lideri 30 sentyabrı İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyanın hərbi missiyasının yekun tarixi kimi təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun İraqdakı hərbi kontingentini azaltmaq niyyətində olduğu bildirilmişdi. ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə də təxminən 2,5 min amerikalı hərbçinin 2026-cı ilin sonunadək İraqdan çıxarılmasının planlaşdırıldığı açıqlanmışdı.
Bununla belə, ABŞ hərbçilərinin regionda terrorçulara qarşı mübarizəni davam etdirəcəyi qeyd olunur.
Müəllif: Adəm
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











