ABŞ
Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
ABŞ prezidenti Donald Tramp və Ağ Evin bir sıra rəsmiləri “Truth Social” platformasındakı paylaşımlara erkən giriş imkanının satılması ilə bağlı məhkəməyə verilib.
Publika.az xəbər verir ki, “The Intercept Media” və “Freedom of the Press Foundation” Nyu-York Cənub Dairə Məhkəməsinə müraciət edib.
İddia ərizəsində Trampın böyük səhmdarı olduğu platformada rəsmi açıqlamalara daha sürətli giriş üçün istifadəçilərdən aylıq 100 min dollara qədər ödəniş tələb edildiyi bildirilib.
İddiaçılar bu tətbiqin korrupsiyaya meyilli və Konstitusiyaya zidd olduğunu, həmçinin jurnalistlərin xəbərlərə çıxışını məhdudlaşdırdığını vurğulayıblar.
Onlar rəsmi hökumət açıqlamalarının yalnız ödənişli platforma vasitəsilə əldə edilməsinin dayandırılmasını tələb edirlər.
Şirkət isə daha əvvəl maliyyə qurumları üçün “Truth Social” paylaşımlarına real vaxt rejimində çıxış imkanı verən “Truth API” xidmətini elan etmişdi.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











