ABŞ
Konqresdən SƏRT TƏLƏB - ABŞ Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərir
ABŞ planlaşdırılmış rotasiya çərçivəsində "Avraam Linkoln" (USS Abraham Lincoln) təyyarədaşıyan gəmisini əvəz etmək üçün Yaxın Şərqə "Corc Vaşinqton" (USS George Washington) təyyarədaşıyanını göndərməyə hazırlaşır.
Publika.az "The Wall Street Journal" (WSJ) nəşrinə siatinadla xəbər verir ki, "Avraam Linkoln" 250 gündən çoxdur ki, dənizdədir və artıq 200 gündür ki, limanlara daxil olmayıb və dənizdə fasiləsiz qalma müddətinə görə rekord vurub.
Qeyd olunur ki, "Avraam Linkoln"un dənizdə bu qədər uzunmüddətli qalması artıq Konqresdə narahatlığa səbəb olub. Senator Riçard Blyumental hərbi nazir Pit Heqsetə və ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin vəzifəsini icra edən Hun Saoya məktub göndərərək, gəmidəki xidmət şəraiti barədə məlumat tələb edib.
"İlkin tələbat mallarının çatışmazlığı, suyun çirklənməsi, su kəməri problemləri, psixi sağlamlığın pisləşməsi, göyərtədə təhlükəsizlik problemləri və poçt sistemindəki axsamalar barədə çoxlu məlumatlar daxil olub. Bu axsamalar səbəbindən gəmiyə göndərilən bir çox vacib bağlama aylarla yolda itkin düşüb", — deyə konqresmen bildirib.
Bildirilir ki, təyyarədaşıyan gəminin əvəzlənməsi xidmət şəraiti ilə bağlı daxil olan şikayətlərlə birbaşa əlaqəli deyil. WSJ-nin məlumatına görə, rotasiya gəmidəki problemlər barədə məlumatlar ortaya çıxmazdan əvvəl, qabaqcadan planlaşdırılıb.
Daha əvvəl dənizçilərin Yaxın Şərqdəki uzunmüddətli xidmət səbəbindən "Avraam Linkoln" təyyarədaşıyan gəmisindən suya tullanmağa cəhd etdikləri barədə məlumat verilmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video


























.jpg)











