ABŞ
Ağ Evdə qapalı iclas başladı - Tramp kəşfiyyat rəsmiləri ilə nələri müzakirə edir?
Ağ Evdə ABŞ Prezidenti Donald Trampın kəşfiyyat ictimaiyyətinin nümayəndələri ilə qapalı iclası başlayıb.
Publika.az xəbər verir ki, görüş Vaşinqton və Tehran arasında mövcud münaqişənin tənzimlənməsi üçün kompromis axtarışları fonunda keçirilir.
Dövlət başçısının rəsmi qrafikinə əsasən, iclas Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Trampın sonrakı cədvəlində Bakı vaxtı ilə saat 22:00-da fərmanların imzalanması, habelə Oval kabinetdə xarici siyasət məsələlərinin müzakirəsi nəzərdə tutulub.
İran və Omanın Hörmüz boğazı ilə bağlı əldə etdiyi razılaşmalar iclasın keçirilməsinə səbəb olub. Məlumata görə, tərəflər əlavə rüsumlar tutulmadan boğazdan 60 günlük azad gəmiçilik dövrü barədə razılığa gəliblər.
Avqustun 13-də Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı vəziyyətə tam nəzarət etdiyini bəyan edib. Amerika lideri iddia edir ki, İranın faktiki olaraq döyüşə qabil hərbi dəniz və hərbi hava qüvvələri yoxdur, ordunun şəxsi heyəti isə pul təminatı ilə təmin olunmur. Bundan əlavə, Tramp yüksək inflyasiya səviyyəsinə istinad edərək Tehranın iqtisadi vəziyyətini son dərəcə ağır kimi qiymətləndirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video















.jpg)










.jpg)










