ABŞ
Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
"Microsoft"un təsisçisi Bill Qeytsin qızı Fibi "Phia" startapının "cookie" faylları vasitəsilə dələduzluq etdiyi və qanunsuz gəlir əldə etdiyi sübut olunarsa, onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Publika.az xəbər verir ki, bu barədə intellektual mülkiyyət sahəsi üzrə amerikalı hüquqşünas Ariel Qivner "Bloomberg"in məlumatını şərh edərkən "X" sosial şəbəkəsində bildirib.
Agentliyin mənbələrə və daxili yazışmalara istinadla verdiyi məlumata görə, 23 yaşlı Qeyts və onun tərəfdaşı, elektron ticarət sahəsində "Phia" layihəsinin həmtəsisçisi Sofiya Kianni ən azı yeddi ay ərzində saxta "cookie" fayllarından istifadə olunduğundan xəbərdar olublar.
Qivnerin sözlərinə görə, ABŞ məhkəmələri adətən bu cür əməlləri federal səviyyəli şəbəkə dələduzluğu kimi tövsif edirlər.
"Maksimum 20 ilədək azadlıqdan məhrumetmə cəzası, üstəlik cərimələr və təzminat ödənişi istisna olunmur", - deyə o yazıb.
"Phia" endirimləri axtararaq ən sərfəli qiymət təkliflərini tapmağa kömək edən rəqəmsal şəxsi alış-veriş köməkçisidir. Startapın tərtibatçıları istifadəçinin bu tətbiq vasitəsilə keçid etdiyi saytdakı satışdan faiz alırlar. Lakin tətbiq istifadəçinin ticarət platformasına necə daxil olmasından asılı olmayaraq, onun xəbəri olmadan öz məlumatlarını istənilən alış-verişə bağlayırdı. Beləliklə, "Phia" şirkəti hətta bu servisin heç bir aidiyyəti olmadığı əqdlərdən belə komissiya haqqı əldə edirdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video















.jpg)










.jpg)










