ABŞ
CENTCOM şefindən İsrailə ŞOK ÇAĞIRIŞ - İranı vurun, ABŞ-ın da...
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İsrailə səfəri zamanı İrana endirilən zərbələri bərpa etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.
Kuper ötən həftə İsrailə səfər edib və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli hərbçilərlə birlikdə İMQ-nin ali əməliyyat forumunun iclasında iştirak edib.
Telekanalın məlumatına görə, amerikalı admiral İsrail hərbçilərinə İrana qarşı hərbi əməliyyatları bərpa etməyin və qaz, neft və energetika sahələrinin müəssisələri də daxil olmaqla, milli infrastruktur obyektlərinə zərbələr endirməyin zəruri olduğunu bildirib.
"İrandakı infrastruktura hücumlar oyunun qaydalarını dəyişəcək və əhəmiyyətli zərər verəcək. İndiki vəziyyətdə iranlılar öz mövqelərini dəyişməyəcəklər", - Kuper bildirib.
Hərbi rəhbər həmçinin qeyd edib ki, ola bilsin, ABŞ-ın da İrana qarşı hərbi əməliyyatları bərpa etməkdən başqa seçimi olmayacaq.
Daha əvvəl iranlı mənbə "Reuters"ə bildirib ki, ABŞ ilə atəşkəsin uzadılması danışıqları aparılmır. Onun sözlərinə görə, Tehran hesab edir ki, atəşkəs faktiki olaraq qüvvəyə minməyib, çünki razılaşma əldə olunduqdan 48 saat sonra Vaşinqton onu pozub.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
















.jpg)









.jpg)










