ABŞ
ABŞ ilk dəfə çoxmillətli PUA qüvvələri yaradır
ABŞ Silahlı Qüvvələrində öz tarixində ilk çoxmillətli zərbə PUA-ları qruplaşması - “Task Force Falcon Strike” yaradılacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.
Bəyanatda bildirilir ki, yeni bölmə havada, suda və su altında birtərəfli təsirli zərbə PUA-larından istifadə edəcək. Qruplaşmanın tərkibinə ABŞ hərbçiləri və Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşlarının nümayəndələri daxil olacaqlar.
Buna qədər ABŞ-nin baha başa gələn ələkeçirmə sistemlərindən imtina edərək və son bir neçə ildəki döyüş əməliyyatları təcrübəsinə əsaslanaraq düşmən PUA-ları ilə mübarizə üçün “Bumblebee” FPV dronlarından istifadəyə keçməyi planlaşdırdığı bildirilmişdi. Qeyd olunur ki, Pentaqon PUA-lara qarşı mübarizə üzrə digər hökumət agentlikləri ilə qarşılıqlı əlaqə üçün artıq əməliyyat qrupu formalaşdırıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
















.jpg)









.jpg)










