ABŞ
İlon Maskın "SpaceX"dəki payı açıqlandı - Şirkətin digər sahibləri kimlərdir?
İyun ayının sonuna olan məlumata görə, amerikalı sahibkar İlon Mask “SpaceX” aerokosmik şirkətinin səhmlərinin 48,4%-inə sahibdir.
Publika.az xəbər verir k, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sənədlərdə bildirilir.
Hesabata əsasən, milyarder “SpaceX”in 6 418 547 515 səhminə sahibdir. Onların dəyəri cari bazar kotirovkalarına əsasən təxminən 908 milyard dollar qiymətləndirilir.
“SpaceX”in səhmlərinin həcminə görə ikinci ən böyük sahibi “Valor Equity Partners” vençur fondunun rəhbəri Antonio Qrasiasdır. Ona 503 414 530 səhm və ya müvafiq kateqoriyalı qiymətli kağızların ümumi həcminin təxminən 6,5%-i məxsusdur. Beləliklə, Qrasias Maskdan sonra şirkətin ən böyük xarici investorudur.
“SpaceX”in digər iri səhmdarları sırasına “Google”a məxsus olan “Alphabet” korporasiyası və “Fidelity Investments” maliyyə qrupu da daxildir. Onların ümumi payı təxminən 6–8% qiymətləndirilir.
Buna qədər Mask ilk trilyoner olub. İyunun 12-də keçirilən “SpaceX”in IPO-sundan sonra onun sərvəti 1 trilyon dolları keçib. Şirkətin səhmləri “Nasdaq”da debüt edərək artıq iyunun 16-da 225,64 dollarlıq tarixi maksimuma çatıb və bu da Maskı dünyada ilk trilyoner edib.
Lakin artıq iyulun 25-də o, daha trilyoner olmadığını bəyan edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video

















.jpg)







.jpg)











