ABŞ
Daha bir yüksəkvəzifəli rəsmi Ağ Evi tərk edir
Ağ Evin milli təhlükəsizlik üzrə müşavinin müavini Endi Beyker yaxın həftələr ərzində Donald Tramp administrasiyasındakı vəzifəsini tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Beyker son 18 ay ərzində administrasiyanın xarici siyasət və milli təhlükəsizlik qərarlarının formalaşmasında mühüm rol oynayan şəxslərdən biri hesab olunurdu. O, bundan əvvəl vitse-prezident Cey Di Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.
Məlumata görə, Beykerin gedişi planlaşdırılandan bir neçə ay gecikib. O, yeni komandanın işə keçidinin problemsiz təmin olunması üçün vəzifəsində daha uzun müddət qalıb. Administrasiyadan ayrıldıqdan sonra onun özəl sektorda fəaliyyət göstərəcəyi gözlənilir.
Ləman
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video















.jpg)










.jpg)










