ABŞ
İkinci Dünya Müharibəsi memorialını təhqir edən qadın saxlanıldı - Onu 10 il həbs gözləyir
ABŞ-da İkinci Dünya Müharibəsi memorialında vandalizm törətməkdə şübhəli bilinən Melissa Farris saxlanılıb.
Publika.az xəbər verir ki, ABŞ prokurorluğu Vaşinqtonda yerləşən memorialda vandalizm törətməkdə şübhəli bilinən Farrisə qarşı ittiham irəli sürüb.
Kolumbiya dairəsinin prokuroru Cenin Pirro “X” sosial şəbəkəsində bildirib ki, qadını 10 ilədək həbs cəzası gözləyir.
Pirronun sözlərinə görə, iş federal məhkəməyə göndərilib. Farris dövlət əmlakına zərər vurmaqda və veteranların xatirəsinə ucaldılmış abidələri korlamaqda ittiham olunur. Prokuror sübut kimi memorial kompleksinə boya çəkilməsi prosesini əks etdirən fotoşəkilləri də paylaşıb.
Qeyd edək ki, hadisə paytaxtın "National Mall" adlanan milli park ərazisində baş verib. Şübhəli şəxs memorialın sütunlarına boya çəkib, həmçinin fəvvarənin hovuzuna təmizləyici vasitə əlavə edib. Nəticədə fəvvarədə çoxlu miqdarda köpük yaranıb.
Hadisəyə ABŞ Prezidenti Donald Tramp sərt reaksiya verib. Tramp "Truth Social" hesabında yazıb ki, II Dünya Müharibəsində həlak olan amerikalı qəhrəmanlara qarşı “daha böyük təhqir ola bilməz”.
Prezident vurğulayıb: "Biz bunu edənlərin izindəyik!"
Ləman
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video















.jpg)










.jpg)










