ABŞ
ABŞ kibercinayətkarlara qarşı hücuma keçir - Trampdan yeni qərar
ABŞ-da transmilli kibercinayətkarlıqla mübarizə sahəsində yeni yanaşma tətbiq olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bununla bağlı milli təhlükəsizlik üzrə memorandum imzalayıb.
Bundan sonra seçilmiş özəl şirkətlər hökumətin tapşırığı ilə yalnız kiberhücumlardan müdafiə tədbirləri görməyəcək, həm də cinayətkar qruplara qarşı hücum xarakterli kiberəməliyyatlar həyata keçirə biləcəklər.
Yeni memorandum federal hüquq-mühafizə orqanlarının transmilli kibercinayətkarlığa qarşı mübarizə imkanlarını genişləndirir. Sənədə əsasən, ABŞ dövlət qurumları ölkənin vətəndaşlarına, şirkətlərinə və kritik infrastrukturuna hücum edən xarici cinayətkar qruplara qarşı kiberalətlərdən rəsmi şəkildə istifadə edə biləcəklər.
Yeni tədbirlər əsasən şantajçı proqramların operatorlarını, internet fırıldaqçılığı şəbəkələrini, fişinq kampaniyalarının təşkilatçılarını, şəxsi məlumatların oğurlanması və rəqəmsal hədə-qorxu ilə məşğul olan qrupları hədəf alacaq.
ABŞ hakimiyyəti bu cür cinayətləri yalnız araşdırmaqla kifayətlənmək niyyətində deyil. Yeni yanaşma çərçivəsində cinayətkarların istifadə etdiyi texnoloji infrastrukturun, kommunikasiya kanallarının və maliyyə mexanizmlərinin fəaliyyətinin pozulması da nəzərdə tutulur.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)
.jpg)



















