ABŞ
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
ABŞ Prezidenti Donald Trampın İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzani vasitəsilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi ilə gizli əlaqə yaratdığı iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə “Axios” üç məlumatlı mənbəyə istinadən yazıb.
Bildirilir ki, Vaşinqton may ayında rəsmi İran nümayəndə heyətinin danışıqlarda real səlahiyyətlərə malik olduğuna şübhə etdiyi üçün SEPAH rəhbərliyi ilə alternativ rabitə kanalı qurmağa çalışıb. Məlumata görə, mayın 10-da ABŞ-ın o vaxtkı Milli Kəşfiyyat direktoru Tulsi Qabbard Tramp və vitse-prezident Cey Di Vensin razılığı ilə Bərzani ilə telefonla danışıb. Qabbard ondan Vahidi ilə əlaqə yaratmağa vasitəçilik etməsini istəyib.
“Axios”un mənbələri iddia edir ki, Vahidi ilə keçirilən gizli telefon danışığı zamanı SEPAH komandanı ABŞ-la danışıqlara hazır olduğunu və münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu bildirib.
Bundan sonra ABŞ tərəfi Ərbildə gizli görüş keçirməyi təklif edib. Lakin İran tərəfi İsrail kəşfiyyatının görüşdə iştirak edə biləcəyindən ehtiyatlanaraq bu təklifi qəbul etməyib.
Nəşr qeyd edir ki, münaqişənin gedişi Vaşinqtonun Tehranla danışıqlarda üzləşdiyi əsas problemlərdən birini – İranda yekun qərarların kim tərəfindən qəbul edildiyi məsələsindəki qeyri-müəyyənliyi – daha da aktuallaşdırıb.
“Axios”un yazdığına görə, İranın ali rəhbəri Əli Xameneinin və digər yüksək vəzifəli şəxslərin müharibə zamanı öldürülməsi SEPAH-ın ölkədə hakimiyyət rıçaqları üzərində təsirini əhəmiyyətli dərəcədə artırıb.
Mənbələrin bildirdiyinə görə, Bərzani son günlərdə Ağ Evə müraciət edərək ABŞ-İran danışıqlarının yenidən başlamasına yardım göstərməyə hazır olduğunu bildirib.
Bununla belə, “Axios”un qiymətləndirməsinə əsasən, danışıqların bərpasının qarşısındakı əsas maneə vasitəçilərlə bağlı deyil. Problem İranın Hörmüz boğazı ilə bağlı mövqeyidir və bu məsələdə Tehranın yaxın zamanda mövqeyini dəyişməsi ehtimalı az görünür.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO









.jpg)



.jpg)

















.jpg)




