ABŞ
Bu, 30 gün ərzində başlaya bilər - Trampın kürəkəni elan etdi
ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner Qəzza məsələsində qarşıdakı 30 gün ərzində irəliləyişin mümkün olduğunu bildirib.
Publika.az xəbər verir ki, Kuşner bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü ilə bağlı “Fox News”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda bəzi silahlar Qəzzadan çıxarıla, növbəti 60-90 gün ərzində isə bəzi tunellər doldurula bilər. Kuşner Netanyahu ilə görüş zamanı bir sıra ciddi narahatlıqların aradan qaldırıldığını qeyd edib.
Xüsusi elçi Qəzzanın yenidən qurulması planına sadiq qaldıqlarını, lakin ərazinin demilitarizasiyası təmin edilməyənədək bərpa işlərinə başlanılmayacağını vurğulayıb. O bildirib ki, heç kim terrorçuların nəzarətinə keçə və ya yenidən dağıdıla biləcək əraziyə əlavə maliyyə yatırmaq istəmir.
Kuşner həmçinin İsrailin təhlükə yaranacağı təqdirdə özünü müdafiə etmək hüququnun məhdudlaşdırılmayacağını deyib. Onun fikrincə, irəliləyiş qısa müddətdə mümkün olsa da, bunun üçün həm İsrailin, həm də qarşı tərəfin əməkdaşlığı zəruridir.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)
.jpg)



















