ABŞ
Piton məktəbdə yanğına səbəb oldu - 8 sinif zərər gördü
ABŞ-ın Virciniya ştatında terrariumdan (suda quruda yaşayanlar və sürünənlər üçün yer-red.) qaçan piton orta məktəbdə yanğına səbəb olub.
Publika.az xəbər verir ki, hadisə Forest şəhərindəki orta məktəbdə gecə saatlarında baş verib. Yanğınla bağlı siqnal gecə yarısından sonra daxil olub. Hadisə yerinə gələn xilasedicilər yanğınsöndürmə sisteminin artıq işə düşdüyünü müəyyənləşdiriblər.
Onlar məktəbin siniflərindən birində 2,4 metr uzunluğunda piton aşkarlayıblar. Məlum olub ki, ilan terrariumdan özü çıxaraq sinifdə hərəkət edərkən qızdırıcı lampanı aşırıb. Yanğınsöndürənlərin ilkin qənaətinə görə, yanğına məhz həmin lampa səbəb olub.
Yanğın və su ilə söndürmə sisteminin işləməsi nəticəsində məktəbin 8 sinfinə ziyan dəyib. Hadisə zamanı heç kim xəsarət almayıb.
Pitonun özü də bu qeyri-adi hadisədən sağ çıxıb. Böyük ilan təhlükəsiz şəkildə tutulub və müvəqqəti sığınacağa yerləşdirilib. Daha sonra o yenidən terrariuma qaytarılıb.
Müəllif: Adəm
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
































