ABŞ
Məhkəmə Trampın bu qərarını blokladı
ABŞ-ın Merilend ştatında federal hakim Donald Tramp administrasiyasının Federal Təhqiqatlar Bürosunun (FTB) baş qərargahını Vaşinqtondakı Ronald Reyqan binasına köçürmək qərarını bloklayıb.
Publika.az xəbər verir ki, hakim Teodor Çuanq həmçinin binanın FTB üçün yenidən qurulmasını və bu məqsədlə əvvəllər ayrılmış vəsaitlərin yönləndirilməsini qadağan edib.
Qərara əsasən, Tramp administrasiyası Konqres tərəfindən təsdiqlənmiş maliyyəni və FTB qərargahının əvvəlcədən müəyyənləşdirilmiş yerini özbaşına dəyişmək səlahiyyətinə malik olmayıb.
Qeyd edək ki, Co Bayden administrasiyası 2023-cü ildə yeni FTB kompleksinin Merilend ştatının Qrinbelt şəhərində tikilməsinə qərar vermişdi. Trampın Ağ Evə qayıdışından sonra bu qərar ləğv edilərək qərargahın Vaşinqtona köçürülməsi planlaşdırılmışdı.
FTB isə məhkəmənin qərarını tənqid edərək, Vaşinqtona köçürülmənin vergi ödəyicilərinin xərclərini azalda biləcəyini bildirib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)
.jpg)



















