ABŞ
Tramp İranla anlaşan ölkəni zərbə endirməklə HƏDƏLƏYİR
ABŞ lideri Donald Tramp Maskatın Hürmüz boğazından gəmiçiliyin idarə olunmasına dair Tehranla saziş bağlamağa hazırlaşması səbəbindən Omanı zərbə endirməklə hədələyir.
Publika.az xəbər verir ki, bu barədə iki regional rəsmiyə istinadla “Associated Press” məlumat yayıb.
“Regional rəsmilər bildiriblər ki, yeni saziş gəmilərin Fars körfəzinə İranın nəzarət etdiyi marşrutla daxil olmasını, Omanın nəzarət etdiyi marşrutla isə çıxmasını nəzərdə tutur”, - deyə materialda bildirilir.
Qeyd edilib ki, ABŞ Prezidenti bundan narazı qalıb.
Vurğulanıb ki, ABŞ hakimiyyəti artıq Omana sazişin bəzi müddəalarına, o cümlədən marşrutun İran-Oman birgə idarəçiliyinə qarşı çıxdığını bildirib.
Bir qədər əvvəl Tramp Maskatın Hürmüz boğazına nəzarət məsələsində Vaşinqtonun yolunda duracağı təqdirdə ABŞ-ın Omana zərbələr endirə biləcəyini bəyan etmişdi. Bundan sonra Konqresdəki demokratlar ABŞ liderinin hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeni cəhdlər göstərmək istəyiblər.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































