ABŞ
İranla müharibə bitəndən sonra nə verəcək? - ABŞ planları açıqladı
ABŞ İrana qarşı hərbi münaqişə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi iştirakını azaltmaq imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar administrasiyasındakı mənbələrə istinadla “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
"ABŞ Müharibə Nazirliyi ABŞ-ın iri hərbi bazalarının bir neçə aydır İranın zərbələrinə məruz qaldığı Fars körfəzi dövlətlərində qoşunların azaldılması imkanını dəyərləndirir", - WP qeyd edib.
Qəzetin mənbələrinin məlumatına görə, Birləşmiş Ştatların Hərb Nazirliyi artıq bu bazaları bərpa etməyə biləcəyinə dair siqnal verib.
Bununla yanaşı, qəzet vurğulayıb ki, söhbət hələ amerikalıların Yaxın Şərqdəki hərbi iştirakına tam şəkildə yenidən baxılmasından getmir, lakin Pentaqonun Siyasi məsələlər üzrə İdarəsi tərəfindən aparılan qiymətləndirmə İrana qarşı hərbi münaqişənin bunu necə dəyişdirə biləcəyindən xəbər verir.
Qoşunların azaldılmasının mümkün variantlarının təhlili ilə həmçinin ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsi və Mərkəzi Komandanlığı (CENTCOM) məşğul olur.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































