ABŞ
Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
ABŞ prezidenti Donald Trampın administrasiyası İranla ağır hərbi münaqişəyə cəlb olunub və bu prosesdə Yaxın Şərqdəki müttəfiqlərinin dəstəyini və etimadını itirir.
Publika.az xəbər verir ki, bu barədə "Pulitzer" mükafatlı amerikalı jurnalist Seymur Herş “Substack” platformasındakı bloqunda yazıb.
Herşin sözlərinə görə, İranın raket və pilotsuz uçuş aparatları ilə dəqiq zərbələr endirmək imkanları ABŞ-ın regiondakı tərəfdaşlarına ciddi zərər vurub. Bu isə Vaşinqtonun təhlükəsizliyin təminatçısı kimi etibarlılığına olan inamı sarsıdır.
Jurnalist bildirib ki, Tramp gözlədiyindən daha mürəkkəb münaqişənin içində ilişib qalıb. İran rəhbərliyi isə müqavimətini davam etdirir, baxmayaraq ki, ölkəyə dondurulmuş aktivlərinə çıxış lazımdır.
Herş hesab edir ki, Hörmüz boğazı ən azı qısa müddətdə Vaşinqton üçün əlçatmaz ola bilər. Onun fikrincə, bu vəziyyət ABŞ-da benzinin qiymətinin aşağı salınması imkanlarını məhdudlaşdırır və respublikaçıların Konqresə aralıq seçkilərində qələbə şanslarını daha da azaldır.
Müəllif: Adəm
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































