ABŞ
ABŞ-da hakimiyyətə qarşı hiddət artır - Ölkə çürüyən imperiyaya çevrilib
ABŞ cəmiyyətində hakimiyyətin yüksək eşelonlarında korrupsiya və yalanlarla bağlı ciddi narazılıq artır.
Publika.az xəbər verir ki, bu barədə “The American Conservative” nəşri yazıb.
Məqalədə amerikalıların dövlət institutlarına inamının kritik həddə çatdığı bildirilib. Qeyd olunub ki, cəmiyyət xalqa deyil, şəxsi və xarici maraqlara xidmət etməkdə ittiham olunan elitalardan, kütləvi nəzarət sistemindən narazıdır.
Məqalədə ABŞ hökumətinin onilliklər ərzində milyardlarla səhifə mühüm sənədi məxfi saxladığı bildirilib. Con Kennedinin, Robert Kennedinin və Martin Lüter Kinqin qətlləri, 11 sentyabr terroru, Ceffri Epşteynin ölümü və gizli bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı bir sıra məlumatların hələ də tam açıqlanmadığı vurğulanıb.
Entoni Faucinin pandemiya dövründəki fəaliyyəti ilə bağlı yayılan qalmaqalların da cəmiyyətlə hakimiyyət arasındakı uçurumu dərinləşdirdiyi qeyd olunub. Nəşrə görə, “milli təhlükəsizlik” arqumenti ilə məlumatların gizlədilməsi artıq cəmiyyətdə korrupsiya və vəzifə cinayətlərinin ört-basdır edilməsi kimi qəbul olunur.
“The American Conservative” ABŞ-ın sistemli böhran yaşadığını qeyd edərək ölkəni “çürüyən imperiya” adlandırıb. Nəşrin iddiasına görə, xüsusilə gənc nəsil ölkənin “sonsuz və şərəfsiz müharibələrindən” narazılığını artıq sadə skeptisizmlə deyil, açıq hiddətlə ifadə edir.
Müəllif: Adəm
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































