ABŞ
Tramp İrana qarşı nəhəng iqtisadi müharibə elan etdi
ABŞ Prezidenti Donald Tramp İranın ona təklif etdiyi böyük razılaşma imkanından istifadə etmədiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, bundan sonra İrana qarşı görünməmiş miqyasda iqtisadi təzyiq və təcrid siyasəti həyata keçiriləcək.
ABŞ lideri İranın donanmasının və hava qüvvələrinin məhv edildiyini, hərbi istehsal müəssisələrinin dağıdıldığını, milli valyutasının dəyərdən düşdüyünü və ölkənin iqtisadi böhran içində olduğunu iddia edib.
Tramp həmçinin maliyyə qurumları, şirkətlər, hava limanları və dövlət strukturları vasitəsilə İrana hər hansı maliyyə dəstəyi göstərən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib. O, neft qaçaqmalçılığı, pul köçürmələri, valyuta mübadiləsi və gəmi qeydiyyatı ilə bağlı əməliyyatların dayandırılmasını tələb edib.
"Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq", - Ağ Ev rəhbəri yazıb.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
































