ABŞ
ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi - Astronomik məbləğ
ABŞ-ın dövlət borcu tarixi rekorda imza ataraq ilk dəfə 40 trilyon dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
19 avqust 2026-cı il ABŞ dövlət borcunun 40 trilyon dollar həddini keçdiyi ilk tarix kimi qeydə alınıb.
Donald Trampın ikinci prezidentlik müddətinin başlamasından sonra ölkənin borc yükü sürətlə artıb. Son 19 ay ərzində dövlət borcu təxminən 3,83 trilyon dollar yüksəlib. Müqayisə üçün, Trampın ilk prezidentlik dövründə eyni müddətdə artım 1,47 trilyon dollar təşkil edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, qanunla müəyyən edilmiş dövlət borcu tavanı hazırda 41 trilyon 103 milyard dollar təşkil edir.
Bununla yanaşı, avqustun 13-də ABŞ-ın dövlət borcu üzrə son 25 ilin ən yüksək ödənişini həyata keçirəcəyi bildirilmişdi. Maliyyə Nazirliyi 25 milyard dollar həcmində 30 illik istiqrazların satışını həyata keçirib və yeni qiymətli kağızlar üzrə gəlirliliyin 5,24 faiz təşkil edəcəyi gözlənilib.
Qeyd edək ki, ABŞ dövlət borcunun həcminə görə dünyada ilk sırada yer alır.
Akqabay
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































