ABŞ
ABŞ Avropadakı məşhur batalyonunu ləğv edir - Səbəb
ABŞ Silahlı Qüvvələri bu ilin yanvarında Avropada yerləşdirilən pilotsuz uçuş aparatlarının (PUA) döyüş tətbiqi üzrə ixtisaslaşan batalyonu tədricən ləğv etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazıb.
Bildirilib ki, “geniş reklam olunan” batalyon PUA-ların döyüş şəraitində istifadəsi üzrə təcrübə aparmaq məqsədilə yaradılmışdı.
Məlumata görə, batalyonun hərbçilərinin bir hissəsi gizli şəkildə Kiyevə gedərək ukraynalı həmkarları ilə görüşüb. Onlar Ukraynada yerləşən NATO təlim poliqonlarında Ukrayna Silahlı Qüvvələrinin PUA operatorları ilə təcrübə mübadiləsi aparıblar.
"WSJ" ABŞ ordusunun batalyonu “köklərə qayıtmaq” məqsədilə tədricən ləğv etdiyini bildirir. Belə ki, bölmə bundan sonra hava-desant batalyonu kimi əsas döyüş vəzifələrinə yenidən istiqamətləndiriləcək.
Ancaq hərbi ekspertlərin fikrincə, belə bir qərar ABŞ ordusunun pilotsuz sistemlər sahəsində liderlik imkanlarına mənfi təsir göstərəcək.
Qeyd edək ki, daha əvvəl "Reuters" ABŞ-ın aerotaksi istehsal edən startaplarının məhsullarını hərbi məqsədlər üçün istifadə etməyi planlaşdırdığını yazmışdı. İddia edilir ki, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələr fonunda hava taksilərini döyüş dronlarına çevirmək nəzərdə tutulur.
Ləman
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq












.jpg)




















