ABŞ
Trampın qərarı aviadaşıyıcıları təhlükəyə atır: Ciddi risklər yarada bilər
ABŞ prezidenti Donald Trampın yeni aviadaşıyıcılarda elektromaqnit katapult sistemlərindən imtina edərək buxar sistemlərinə keçmək qərarı Vaşinqton üçün ciddi risklər yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri "General Atomics" şirkətinə istinadən məlumat yayıb.
Şirkət bildirib ki, sistemlərin dəyişdirilməsi xərclərin artmasına, tədarükün gecikməsinə və inteqrasiya problemlərinə səbəb ola bilər. 1,2 milyard dollarlıq müqavilə ilə təyyarələrin buraxılış və geri qaytarma sistemlərini hazırlayan "General Atomics" hesab edir ki, bu dəyişiklik aviadaşıyıcıların döyüş hazırlığına və ABŞ-ın texnoloji üstünlüyünə də zərər vura bilər.
Şirkətin xəbərdarlığına görə, nəticədə ABŞ-ın rəqibləri hərbi imkanlar baxımından fərqi azaltmaq fürsəti əldə edə bilərlər.
"Bloomberg" qeyd edir ki, bu xəbərdarlıq ABŞ aviadaşıyıcılarının İran limanlarının blokadasında mühüm rol oynadığı bir vaxtda səslənib.
Müəllif: Adəm
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq

































