ABŞ
ABŞ hakimiyyəti təcili tədbirlər gördü - Nə baş verir?
Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti avtomobil yanacağını ucuzlaşdırmaq üçün təcili tədbirlərə əl atıb.
Publika.az xəbər verir ki, bu barədə “Breitbart News” portalı məlumat yayıb.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) sentyabrın 1-dən etibarən yanacağa dair ekoloji tələblərə müvəqqəti güzəştlərin tətbiq olunacağını elan edib. Qurum bu yolla daxili benzin tədarükünü artırmağı planlaşdırır.
“Energetika Nazirliyi ilə razılaşdırılaraq, EPA-nın istisnaları “E10” markalı benzinin (10 faiz etanol qarışığı olan benzin) Reyd üzrə daha yüksək doymuş buxar təzyiqi ilə satışına imkan verəcək”, - deyə materialda qeyd olunub.
Bu cür təcili tədbirlər sentyabrın 1-dən 15-dək qüvvədə olacaq, həmin tarixdən sonra benzinin buxarlanma dərəcəsinə dair yay standartları avtomatik olaraq daha yumşaq mövsümi normalarla əvəzlənəcək.
ABŞ hakimiyyəti ümid edir ki, qış standartlarına vaxtından əvvəl keçid ölkənin daxili bazarına benzin tədarükünü sutkada yüz minlərlə barel artırmağa kömək edəcək və bunun sayəsində yanacaqdoldurma məntəqələrində qiymətlər avtomatik olaraq aşağı düşəcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









