ABŞ
Trampın köməkçisi ilə bağlı qalmaqal: Gizli məlumatlara çıxışı yox imiş
ABŞ prezidenti Donald Trampın köməkçisi Natali Harpın bir il ərzində məxfi məlumatlara çıxış icazəsi olmadan Ağ Evdə çalışdığı üzə çıxıb.
Publika.az xəbər verir ki, Harpın uzun müddət müvafiq təhlükəsizlik yoxlamasından keçmədən və məxfi məlumatlarla işləmək üçün icazə almadan fəaliyyət göstərdiyi bildirilib. Məlumata görə, o, lazımi sənədləri təqdim etməkdən imtina edib.
Məsələ Ağ Evin hüquq şöbəsinin diqqətinə çatdıqdan və Trampın müdaxiləsindən sonra Harp sənədləri dolduraraq federal yoxlamadan keçib və bundan sonra məxfi məlumatlara rəsmi çıxış icazəsi alıb.
Bu vəziyyət ABŞ-da ciddi siyasi müzakirələrə səbəb olub. Ağ Evin keçmiş etik məsələlər üzrə rəsmisi Norm Eyzen hadisəni “şokedici” adlandıraraq milli təhlükəsizlik baxımından narahatlıq doğurduğunu qeyd edib.
Harpın Trampa son dərəcə yaxın olduğu, ona sosial şəbəkə paylaşımlarının hazırlanmasında kömək etdiyi və prezident haqqında müsbət rəyləri çap edərək ona çatdırdığı bildirilib. ABŞ senatoru Con Ossoff da bu yaxınlarda Harpın adını çəkərək Trampı tənqid edib.
Ağ Evin sözçüsü Karolin Livitt isə Harpın hazırda məxfi məlumatlara çıxış icazəsinin olduğunu və prezident komandasının sadiq üzvü sayıldığını vurğulayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









