ABŞ
Şayiələrin fonunda gerçək: Melaniya Trampla göründü
ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp bir aydan çox müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına birlikdə çıxıblar.
Publika.az xəbər verir ki, Melaniya Tramp Ağ Evin Gül bağında keçirilən tədbirdə prezidentə qoşulub. Birinci xanım çıxışına jurnalistlərə müraciətlə “Eşitmişəm, mənim üçün darıxmısınız. Mən buradayam” sözləri ilə başlayıb.
Cütlüyün birgə görüntülənməsi Trampın 35 yaşlı köməkçisi Natali Harp ətrafında yaranan müzakirələrin fonunda baş verib. Harp son vaxtlar prezidentin demək olar ki, bütün səfərlərində və tədbirlərində yanında görünür. O, “Air Force One” təyyarəsində, Oval kabinetdə və Trampa məxsus klublarda keçirilən tədbirlərdə də prezidentlə birlikdə olur.
ABŞ senatoru Con Ossoffun ötən həftə Trampın prezidentlik vəzifələrindən daha çox öz bal zalını tikməyə və Natali ilə səyahət etməyə üstünlük verdiyini bildirməsi Harp ətrafındakı müzakirələri daha da artırıb.
Qeyd edək ki, Melaniya və Donald Tramp sonuncu dəfə iyulun 19-da Nyu-Cersidə keçirilən futbol üzrə dünya çempionatının finalı zamanı birlikdə ictimaiyyət qarşısına çıxmışdılar. Məlumata görə, 2026-cı ildə Melaniya cəmi 38 dəfə ictimai tədbirdə görüntülənib. Müqayisə üçün, Trampın ilk prezidentlik müddətinin ilk 18 ayında o, təxminən 140 dəfə ictimaiyyət qarşısına çıxmışdı.
Mətbuatda Melaniyanın Harpın prezidentə yaxınlığından narazı olduğu barədə iddialar da yayılıb. Ağ Evə yaxın mənbə “Semafor” nəşrinə birinci xanımın bu vəziyyətdən xoşlanmadığını bildirib.
Harp daha əvvəl “One America News” telekanalında aparıcı işləyib. Onun Trampa şəxsi qeydlər yazdığı, prezident üçün çıxış və sosial şəbəkə materiallarını hazırladığı bildirilir. Bu səbəbdən köməkçiyə “insan-printer” ləqəbi verilib.
Bütün bu söz-söhbətlərin fonunda Melaniya və Donald Tramp tədbirə birlikdə daxil olub, əl-ələ tutub və yan-yana əyləşiblər.
Tədbirdə Melaniyanın “Fostering the Future” təşəbbüsü çərçivəsində himayədar ailələr sistemindən çıxan gənclər üçün təqaüd proqramlarının genişləndirilməsi məqsədilə IndyCar və Fox Sports ilə əməkdaşlıq elan edilib.
Müəllif: Adəm
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









