ABŞ
Mərkəzi Kəşfiyyat İdarəsində kütləvi istefa: Keçmiş əməkdaşlar aylarla pensiya gözləyir
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) son dövrlərin ən böyük əməkdaş axını yaşanır.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" keçmiş kəşfiyyat əməkdaşlarına və qurumun daxili məlumatlarına istinadən yazıb.
CIA-dan istefa verən və ya təqaüdə çıxan bəzi əməkdaşlara ilk tam pensiya ödənişinin işdən ayrıldıqdan sonra 9 ay və ya daha gec verilə biləcəyi bildirilib.
Qəzetin məlumatına görə, Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra CIA-dan yüzlərlə, hətta 1000-dən çox əməkdaş ayrılmış ola bilər. Dəqiq rəqəmlər məxfi saxlanılır. 2025-ci ilin əvvəlində qurumda təxminən 22 min əməkdaş çalışırdı.
Kütləvi ayrılmalar Tramp administrasiyasının federal aparatın ixtisarı siyasəti çərçivəsində baş verir. 2025-ci ilin mayında Ağ Ev Konqresə CIA-nın ştatının növbəti illərdə təxminən 1200 nəfər azaldılmasının planlaşdırıldığını bildirmişdi.
Məsələni daha da çətinləşdirən amillərdən biri pensiya sənədlərinin hazırlanmasına cavabdeh əməkdaşların da ixtisarlardan təsirlənməsidir. CIA bildirib ki, hazırda pensiya müraciətlərinin “misli görünməmiş” sayını emal edir və gecikmələri azaltmağa çalışır.
Keçmiş kəşfiyyat əməkdaşları isə gecikmələrin yalnız sosial problem olmadığını, əks-kəşfiyyat baxımından da risk yaratdığını düşünürlər. Onların fikrincə, maliyyə baxımından çətin vəziyyətə düşən və məxfi məlumatlara çıxışı olmuş keçmiş CIA əməkdaşları xarici xüsusi xidmətlərin hədəfinə çevrilə bilər.
Keçmiş əməkdaşlardan biri vəziyyəti belə qiymətləndirib: “Biz əks-kəşfiyyat üçün böyük risk yaradırıq.”
Müəllif: Adəm
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









