ABŞ
ABŞ-İsrail ittifaqında çatlar: Tramp Netanyahudan üz döndərir?
ABŞ ilə İsrail arasında uzun illər davam edən müttəfiqlik münasibətlərində ciddi fikir ayrılıqları yaranır.
Publika.az xəbər verir ki, “The Peace Research Institute Oslo”nun təhlilində Vaşinqtonun baş nazir Benyamin Netanyahunun siyasətindən getdikcə daha çox narazı qaldığı qeyd olunub.
Məlumata görə, İsrail ABŞ prezidenti Donald Trampın çağırışlarına baxmayaraq Qəzza, Livan və Suriyada hərbi əməliyyatlarını davam etdirir. Bu isə iki ölkə arasında fikir ayrılıqlarını daha da dərinləşdirir.
Digər tərəfdən, ABŞ-da İsrailə münasibət də dəyişir. “Gallup”un 2026-cı ilin fevralında açıqladığı məlumatlara əsasən, amerikalıların 41 faizi fələstinlilərə, 36 faizi isə israillilərə daha çox rəğbət bəslədiyini bildirib.
Xüsusilə Demokratlar arasında dəyişiklik kəskindir. 2016-cı ildə partiya üzvlərinin 53 faizi İsrailə, 23 faizi isə fələstinlilərə rəğbət göstərirdisə, 2026-cı ildə bu göstəricilər müvafiq olaraq 17 və 65 faiz olub.
Nəşr qeyd edir ki, İsrailə dəstək ABŞ-da hələ də güclü olsa da, Qəzzadakı müharibə və Amerikanın yeni münaqişələrə cəlb olunması ilə bağlı narazılıq artır.
Buna baxmayaraq, ABŞ-İsrail münasibətlərinin yaxın zamanda tamamilə pozulacağı gözlənilmir. Analitiklər hesab edir ki, dəyişən ictimai rəy və İsrailə dəstəyin ABŞ üçün artan siyasi qiyməti gələcəkdə Vaşinqtonun siyasətinə ciddi təsir göstərə bilər.
Akqabay
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)















