ABŞ
Seçkilərə qatılmağımı qadağan edən qanun dəyişdirilsə, məmnun olaram - Tramp
ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək seçkilərdə üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalını yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə Cənubi Karolinanın Mirtl Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı danışıb. O bildirib ki, bunun üçün ABŞ qanunvericiliyində dəyişiklik edilməlidir.
“Mənim namizədliyimi qadağan edən qayda və qanunlarımız var. Əgər onlar bunu dəyişdirmək istəsələr, məmnun olaram”, – deyə Tramp qeyd edib.
ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezidentin iki müddətdan artıq vəzifədə qalmasını qadağan edir. Trampın hazırkı prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. O, daha əvvəl də üçüncü müddətə prezident olmaq ehtimalını gündəmə gətirib.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında ikinci müddətə prezident seçilib. Onun ilk prezidentlik dövrü 2017–2021-ci illəri əhatə edib.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
























.jpg)









