ABŞ
Türkiyədə meşə yanğınına görə 12 şübhəli həbs edildi
Türkiyədə meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyat və məhkəmə prosesi başlayıb.
Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, ədliyyə naziri Akın Gürlek 2026-cı il iyunun 1-dən bəri 25 əyalətdə baş verən 73 meşə yanğını ilə bağlı aparılan araşdırmaların rəsmi nəticələrini açıqlayıb. Sosial media hesabı vasitəsilə bəyanat yayan nazir meşələrin gələcək nəsillərə ortaq bir əmanət olduğunu vurğulayıb. Qeyd edib ki, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 46 şübhəli şəxs müəyyən edilib, 12 şübhəli məhkəmə qərarı ilə həbs olunub, 21 şübhəli barəsində məhkəmə nəzarəti tədbiri seçilib.
Nazir yanğınların səbəbindən asılı olmayaraq hər kəsə ciddi xəbərdarlıq edib: “Qəsdən, səhlənkarlıqla və ya ehtiyatsızlıqla meşə yanğınına səbəb olan hər kəs bilməlidir ki, Yaşıl Vətənimizi təhdid edən heç bir hərəkət cəzasız qalmayacaq”. Hazırda Respublika Prokurorluğu tərəfindən yanğınların törədilmə səbəblərinin araşdırılması davam etdirilir.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









