ABŞ
ABŞ 200 minədək əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
ABŞ administrasiyası sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən 200 minədək əcnəbinin biznes və turist vizalarını ləğv etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ Dövlət Departamentinin sənədlərinə və amerikalı rəsmilərə istinadən bildirilir ki, yaxın həftələrdə 2016–2026-cı illər arasında verilmiş B1 və B2 vizalarının ləğvi ilə bağlı qərar açıqlana bilər. Bu, ABŞ tarixində vizaların ən böyük kütləvi ləğvi ola bilər.
Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə ölkəyə qısamüddətli səfər məqsədilə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən şəxslər müəyyənləşdirilir və onların qeyri-immiqrasiya vizaları ləğv ediləcək.
Rəsmilərin sözlərinə görə, vizanın ləğvi həmin şəxslərin dərhal deportasiya ediləcəyi anlamına gəlmir. Hazırda sığınacaq müraciətləri araşdırılan şəxslərin əksəriyyətinin başqa hüquqi statusa keçirilməsi gözlənilir. Bununla belə, onlar biznes və turist səfərləri üçün nəzərdə tutulan əvvəlki viza statuslarını itirəcəklər.
"Associated Press"in məlumatına görə, plan həyata keçirilərsə, ABŞ-da vizaların ləğvi baxımından görünməmiş miqyaslı tədbir olacaq.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









