ABŞ
Kanada ABŞ-ın hədələrinə belə cavab verəcək
Kanada hakimiyyəti sentyabrın 8-dən etibarən ABŞ-dan 27,6 milyard dollar həcmində mal idxalına 15%, 25% və 50% həcmində cavab rüsumları tətbiq edəcək.
Publika.az xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Kanadanın cavab rüsumları polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, selüloz-kağız sənayesi və elektronika kimi sektorları əhatə edəcək.
Avqustun 25-də Ağ Evin rəhbəri Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Kanada rəhbərliyini “klounlar” adlandırıb və Ottavanı nəticələrlə hədələyib.
ABŞ Prezidenti avtomobil tarifləri, ABŞ-nin Kanada resurslarına çıxışı və Ottavanın üçüncü ölkələrlə sövdələşmələr bağlamaq hüququ ilə bağlı son anda fikir ayrılıqlarının yarandığı ticarət danışıqlarının uğursuzluğa düçar olmasından sonra qonşularını kəskin tənqid edib.
Kanada Vaşinqtonu şərtləri dəyişməkdə, ABŞ isə Kanada tərəfini razılaşmaları pozmaqda ittiham edir və 2027-ci ildən rüsumları 50%-ə qədər qaldırmaqla hədələyir.
Hüseyn İbadlı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









