ABŞ
Trampdan yadplanetlilərlə bağlı KRİTİK AÇIQLAMA - Okeanlarda nələr var?
ABŞ Prezidenti Donald Trampın Yerdəki okeanlarda yaşayan yadplanetlilərin mövcudluğuna inandığı barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
Televiziya aparıcısı və paranormal hadisələr üzrə tədqiqatçı Cek Osbornun sözlərinə görə, onun dostlarından biri Trampın yaxın çevrəsinə daxildir və prezidentlə hər həftə telefonla danışır. Söhbətlərin birində Osbornun dostu Prezidentdən naməlum uçan obyektlər (UNO) barədə soruşub.
“Görünür, Tramp belə cavab verib: “Bunların kim olduğunu bilmirik, amma onlar okeandadır”. Məncə, bu, olduqca maraqlıdır”, – deyə televiziya aparıcısı bildirib.
Osborn əlavə edib ki, bu açıqlamanın müəyyən məntiqi var, çünki okeanlar demək olar ki, tədqiq edilməyib.
O, həmçinin hesab edir ki, yadplanetlilər insanları müşahidə edir, lakin onların işlərinə müdaxilə etməməyə çalışırlar. Osborn bunu insanların Benqal körfəzində yerləşən Şimali Sentinel adasının yerli sakinlərinin həyatına müdaxilə etməməsi ilə müqayisə edib.
Bundan əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Devid Qruş Yer kürəsində çoxsaylı yadplanetli növlərinin olduğunu bildirib. O, həmçinin Amerika hakimiyyətinin yadplanetlilərin qalıqlarını araşdırdığı bir neçə haldan xəbərdar olduğunu deyib.
Hüseyn İbadlı
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









