ABŞ
Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İrana yeni zərbələr endirmək niyyətində olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı məmura istinadla məlumat yayıb.
“Rubio son günlər bir sıra xarici həmkarlarına ABŞ-ın hazırda İrana yeni zərbələr endirməyi planlaşdırmadığını bildirib. Bu, həmçinin ABŞ Prezidenti Donald Trampın bu müharibədən yorulduğuna və onun başa çatmasını istədiyinə dəlalət edir”, – deyə nəşrdə qeyd olunub.
Bildirilir ki, ABŞ yeni zərbələr endirmək əvəzinə İslam Respublikasına təzyiq göstərmək üçün sanksiyalar da daxil olmaqla digər tədbirlərə diqqət yetirəcək.
Bundan əvvəl İran və ABŞ-ın atəşkəs barədə razılığa gəldiyi və bununla bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi məlum olub. Qeyd edilir ki, atəşkəs çərçivəsində Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi nəzərdə tutulur.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








