ABŞ
ABŞ bu terrorçular barədə məlumat verənlərə 18 milyon dollar mükafat vəd etdi
ABŞ hakimiyyəti axtarışda olan iki terrorçu barədə məlumat verən şəxslərə ümumilikdə 18 milyon dollaradək mükafat təyin edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Mükafatlar Əfqanıstanda fəaliyyət göstərən və Rusiyada terror təşkilatı kimi qadağan edilən “İslam Dövləti” qruplaşmasının “Vilayət Xorasan” qanadının iki nümayəndəsi barədə məlumat əldə etmək məqsədi daşıyır.
ABŞ hakimiyyəti qruplaşmanın liderlərindən biri hesab edilən Sənəullah Qafari, digər adı ilə Şahab əl-Mühacir barədə məlumat üçün 8 milyon dollaradək (13 milyon 600 min manat) mükafat təklif edib. Məlumata görə, o, 2020-ci ildə “Vilayət Xorasan”ın rəhbərliyinə daxil olub və qruplaşmanın Əfqanıstan ərazisindəki əməliyyatlarına cavabdeh olub.
Digər axtarılan şəxs isə Obaydullah, həmçinin Salahuddin və Mövləvi Rəcəb adları ilə tanınır. Onun tutulmasına imkan verəcək məlumat üçün 10 milyon dollaradək (17 milyon manat) mükafat vəd edilib.
Beləliklə, ABŞ-ın iki şəxs barədə elan etdiyi mükafatın ümumi məbləği 18 milyon dollara (30 milyon 600 min manat) çatır.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








