ABŞ
ABŞ bu prosesi bütün dünyada dayandırdı
ABŞ administrasiyası bütün dünyada immiqrasiya vizalarının verilməsini müvəqqəti dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qərarın səbəbi konsulluq əməkdaşlarının viza müraciətlərinə baxılması ilə bağlı yeni qaydalar üzrə təlim keçməsidir. ABŞ Dövlət Departamenti konsulluq əməkdaşları üçün qlobal təlim proqramının başladıldığını bildirib.
Yeni qaydalara əsasən, konsullar hər bir müraciətçini daha ciddi qiymətləndirəcək. Məqsəd ABŞ cəmiyyəti üçün potensial sosial yük yarada biləcək şəxslərin ölkəyə girişinin qarşısını almaqdır. Dövlət Departamenti namizədlərin dövlət sosial yardım proqramlarından asılı olmamasını əsas meyarlardan biri kimi göstərib.
Bəzi müraciətçilərə artıq təyin olunmuş müsahibələrin təxirə salınması barədə məlumat verilib. Yeni tarixlərin daha sonra açıqlanacağı bildirilib.
ABŞ Dövlət Departamenti immiqrasiya vizalarının verilməsinin nə vaxt bərpa olunacağını açıqlamayıb.
Qeyd edək ki, ABŞ yanvar ayında Rusiya da daxil olmaqla 75 ölkənin vətəndaşlarına qarşı viza məhdudiyyətləri tətbiq etmişdi. Siyahıda Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan da yer almışdı. Vaşinqton həmin vaxt qərarı sosial xidmətlərə potensial yükün azaldılması ilə əsaslandırmışdı.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








