ABŞ
ABŞ çiplərə böyük rüsum hazırlayır: Texnologiya nəhəngləri təşvişdə
ABŞ prezidenti Donald Trampın administrasiyası yarımkeçiricilərə genişmiqyaslı gömrük rüsumları tətbiq etməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" səkkiz mənbəyə istinadən məlumat yayıb.
Müzakirə olunan tədbirlər yalnız çipləri deyil, noutbuklar, oyun konsolları və məlumat mərkəzləri üçün serverləri də əhatə edə bilər.
ABŞ-ın ticarət naziri Hovard Latnik xarici şirkətlərin rüsumlardan azad edilməsini onların ABŞ-da yarımkeçirici istehsalına investisiya qoyması ilə əlaqələndirməyi təklif edir. Məqsəd ölkə daxilində çip istehsalını artırmaqdır.
Məlumata görə, rüsumların mərhələli şəkildə tətbiqi nəzərdən keçirilir. Lakin planın yaxın həftələr və ya aylarda dəyişdirilə biləcəyi də istisna edilmir.
Texnologiya şirkətləri isə mümkün qərardan narahatdır. Onlar xəbərdarlıq edirlər ki, belə addım ABŞ-ın süni intellekt sahəsində liderliyini risk altına ata bilər.
Xatırladaq ki, ABŞ 2025-ci ildə Çin istehsalı olan yarımkeçiricilərə və onların istehsalı üçün avadanlıqlara artıq rüsum tətbiq etmişdi. Bundan əvvəl, 2024-cü ildə Co Bayden administrasiyası çip istehsalçılarına milyardlarla dollar subsidiya nəzərdə tutan "CHIPS" qanununu qəbul etmişdi. Tramp isə subsidiyaların əvəzinə rüsumlardan istifadə edilməsini müdafiə edib.
Müəllif: Adəm
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








