ABŞ
ABŞ-a "diş qıcıyan" yeganə ölkə - “Kifayət qədər sərtdir”
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Kanadanın Vaşinqtona qarşı cavab tədbirləri tətbiq edən yeganə ölkə olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə CBC telekanalına müsahibəsində danışıb.
Qrir qeyd edib ki, Çin də Vaşinqtona qarşı tədbirlər elan edib, lakin müəyyən mənada artıq fikir ayrılıqlarını həll ediblər.
“Ona görə də hazırda bu, həqiqətən də yalnız Kanadadır”, - deyə o bildirib.
Kanadanın cavab tədbirlərinə nümunə kimi Qrir ABŞ istehsalı olan alkoqollu içkilərin satışına qoyulan qadağanı, həmçinin ABŞ-ın ölkəyə tədarük edə biləcəyi avtomobillərin sayına tətbiq olunan məhdudiyyətləri göstərib. Onun fikrincə, bu qərarlar “kifayət qədər sərtdir”.
Bundan əvvəl Tramp 2027-ci il yanvarın 1-dən ABŞ-ın Kanada avtomobilləri, yük maşınları və ehtiyat hissələrinə tətbiq etdiyi gömrük rüsumlarının 50 faizə yüksələcəyini bildirib. O, həmçinin kanadalı siyasətçiləri kloun adlandırıb və ölkədə işsizliyin artacağını vəd edib.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








